Ermənipərəst Nensi məğlub oldu

Ermənipərəst Nensi məğlub oldu
11:36 7 Yanvar 2015
177 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresi yeni tərkibdə işə başlayıb. Senatda və Nümayəndələr Palatasında nəzarəti ələ alan mühafizəkar respublikaçı qanunvericilərin bir hissəsi prezident Barak Obamanın yürütdüyü siyasi kursun istiqamətini dəyişmək əzmindədir.

ANS PRESS-in "Amerikanın Səsi"nə istinadla verdiyi xəbərə görə, respublikaçı senatorlar yeni iclası mübahisəli "Kistoun" neft kəmərinə dair qanun layihəsinin təsdiq edilmək üçün təqdimatı ilə başlayıblar. Tərəfdarlar neft kəməri layihəsinin yeni iş yerlərinin açılmasına və ABŞ-ın enerji asılılığının azalmasına yol açacağını bildiriblər. Demokrat opponentlər isə neft kəməri layihəsinin ətraf mühit üçün fəlakətlə nəticələnəcəyini deyiblər.

Ağ Ev yeni Konqresdə atılmış bu addımın veto ilə qarşılaşacağı ilə bağlı xəbərdarlıq edib.

Qanunvericilər həmçinin Nümayəndələr Palatasının sədri vəzifəsinə namizədlərə səs verib. Hazırkı sədr Con Beyner Respublikaçılar Partiyası daxilində mühafizəkar blokun nümayəndəsinin 25 əleyhinə səsinə baxmayaraq, yenidən bu mühüm vəzifəyə seçilib.

Con Beyner Nümayəndələr Palatasında 408 səsdən 216 səs qazanaraq, demorkatların lideri və keçmiş spiker Nensi Pelozini məğlub edib və sədr seçilib. Nensi Pelozi 164 səs alıb.

Respublikaçı qanunvericilərin prezident Barak Obamanın ən böyük nailiyyətlərindən biri hesab edilən səhiyyə islahatı proqramı və onun mühacirətə dair prezident sərəncamını ləğv etməyə çalışacağı gözlənilir.

Prezident B.Obama xəbərdarlıq edib ki, o, respublikaçılar tərəfindən təqdim edilmiş qanun layihələri ilə razılaşmadığı halda onlara veto qoyacaq. Hər iki palatada böyük əksəriyyət əldə etmələrinə baxmayaraq, respublikaçılar prezidentin vetosunu ləğv etmək üçün kifayət qədər səsə malik deyillər.

O, yeni Konqreslə işləməyə hazır olduğunu bildirirərək deyib ki, vergi islahatları və beynəlxalq ticarətə dair müqavilələr də daxil olmaqla, bir sıra məsələlərdə kompromisə gedəcəyini söyləyib.

Xatırladaq ki, müxalifətdə olan respublikaçılar ötən ilin noyabrında keçirilən seçkilərdə qələbə qazanıblar. Respublikaçılar Nümayəndələr Palatasında 435 yerdən 246 yeri qazanaraq, son 70 ildə ən böyük üstünlük əldə ediblər. Senatda 100 yerdən 55-i də hazırda respublikaçı qanunvericilərə məxsusdur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR