Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri Bakıya gələcək

Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri Bakıya gələcək
11:37 7 Yanvar 2015
184 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 11:35 ]


Bakı – APA. Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri (2001-2011), tanınmış misirli diplomat Əmr Musa bu ilin aprel ayında Bakıya səfər edəcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Musa komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək.
 

Qahirədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi ilə keçirilən görüşdə Ə. Musa Azərbaycanda “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunmuş beynəlxalq forumun keçirilməsinin önəmini vurğulayıb. Ə. Musa bildirib ki, dünyanın ən nüfuzlu siyasətçilərinin iştirakı toplantının qlobal əhəmiyyətini daha da artırır.
 

Qeyd edək ki, ərəb dünyasının nüfuzlu siyasi xadimlərindən sayılan Ə. Musa 1991-2001-ci illərdə Misir Ərəb Respublikasının xarici işlər naziri vəzifəsində çalışıb. Ə. Musa 2013-cü ildə prezidentliyə namizəd olub, sonradan isə Misir Konstitusiyasına dəyişiklik komissiyasının rəhbəri təyin edilib. Ərəb diplomat müxtəlif illərdə Misirin İsveç,  və Hindistanda səfiri, həmçinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR