Ötən ay SOCAR qazma əməliyyatlarının həcmini 2 dəfə artırıb

11:42 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 11:38 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən ilin dekabr ayında həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin dekabr ayı ərzində SOCAR (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8 506 metr qazma işi həyata keçirib. Bu, 2013-cü ilin eyni ayı ilə müqayisədə 4 289 metr, yaxud 2,01 dəfə çoxdur.

 

Bu sahədə görülmüş işlərin 8062 metri istismara, 444 metri isə kəşfiyyata aid olub.

 

Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 127 346 metr qazma işi görülüb ki, daha əvvəlki ilin 12 ayı ilə müqayisədə 15 310 metr və ya 10,7% azdır.

 

Bunun da 124 718 metri istismara, 2 628 metri isə kəşfiyyata aid olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR