Azərbaycanda yeni mərkəzlər yaradılır - Təhsil Nazirliyinə TAPŞIRIQ

Azərbaycanda yeni mərkəzlər yaradılır - Təhsil Nazirliyinə TAPŞIRIQ
11:44 7 Yanvar 2015
172 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və respublikanın digər böyük şəhərlərində surdoloji mərkəzlər açılacaq. Lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb. Qeyd olunan mərkəzlərdə işləmək üçün eşitmə qabiliyyəti pozulmuş insanların mimikasını bilən xüsusi işçi heyəti hazırlanacaq.

Bu istiqamətdə işlərin həyata keçirilməsi Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə tapşırılıb. Anadangəlmə və ya sonradan qazanılmış eşitmə problemi olan şəxslərə eşitmə qabiliyyətini qaytaran daxili qulağın protezləşməsi (koxlear implantasiya) əməliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiq edilməsi və bu əməliyyatın dövlət vəsaiti hesabına həyata keçirilməsi də nəzərdə tutulub. Bundan başqa, neonatal mərhələdə uşaqların eşitmə və görmə qabiliyyəti müəyyən olunacaq.

Bu işləri isə Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, eyni zamanda, Maliyyə nazirlikləri həyata keçirəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR