Millimizin növbəti sınağı

Millimizin növbəti sınağı
11:47 7 Yanvar 2015
249 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələyə start veriləcək.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi ikinci qrup mərhələsinin H qrupunda Sankt-Peterburq yığma komandası ilə qarşılaşacaq.

Turnirin 1-6-cı yerlər uğrunda mübarizə aparan millimizin oyunu Bakı vaxtı ilə saat 17:30 başlayacaq.

Qeyd edək ki, birinci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını 4:2 hesabı ilə məğlub edən yığmamız növbəti mərhələyə qrup lideri kimi yüksəlib.

7 yanvar

H qrupu, I tur

17:30. Sankt-Peterburq - Azərbaycan
Peterburq İdman Konsert Kompleksi

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR