Bakıda bıçaqlanan peşəkar boksçunun atası danışdı (TƏFƏRRÜAT)

Bakıda bıçaqlanan peşəkar boksçunun atası danışdı (TƏFƏRRÜAT)
11:51 7 Yanvar 2015
257 Sosial
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında dostu ilə birlikdə “Sahil” metrosu yaxınlığında bıçaqlanan Orxan Məmmədzadənin valideyni ANS PRESS-lə əlaqə saxlayıb. O, bildirib ki, oğu və dostu heç nəyin üstündə hücuma məruz qalıb.

“Dostu ilə parkda it gəzdirirmişlər. İt yoldan ötən birinə hürüb. Bu da həmin insanın xoşuna gəlməyib. Mübahisə zamanı o, bıçaq çıxarıb. Görünür şizofrenik olub. Ağıllı adam da, boş-boşuna adam öldürər? İndi həmin adamı axtarırlar”, - deyə Orxan Məmmədzadənin valideyni bildirib.

Qeyd edək ki, ötən gün Bakının Səbail rayonu ərazisində iki dost bıçaqlanıb. Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 18:54-də, “Sahil” metrosu yaxınlığında, Bülbül prospektində, “Sahil bağı” adlanan parkda baş verib. Bıçaqlanan şəxslərdən biri 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənov hadisə yerində dünyasını dəyişib. Onun ürək nahiyyəsində və boğazında bıçaq xəsarətləri olub.

Dİgər yaralı 22 yaşlı Orxan Məmmədzadə isə qarın boşluğundan bıçaqlanıb. Onu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər. Xəstə həkim Mahir Mahmudovun iştirakı ilə əməliyyat edilib.

Mahir Mahmudovun ANS PRESS-ə verdiyi məlumata görə, xəstə uğurla əməliyyat olunub. Bu gün onu reanimasiya şöbəsindən palataya keçürəcəklər.

“Hazırda yaralının vəziyyəti stabil orta-ağırdır. Bıçaq xəstənin qarın nahiyyəsindən dəydiyi üçün belə yaralar tədricən sağalır”, - deyə Mahir Mahmudov bildirib.

Orxan Məmmədzadənin peşəkar idmançı olduğu bildirilir. O, boksçudur və tanınmış idmançı Əli İsmayılovun yetirməsidir.

Hadisəni törədən gənc isə hadisə yerindən qaçıb.

Onun tapılması istiqamətində axtarışlar davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR