"​Meyvə suyunun spirtli içkilərdən fərqi yoxdur"

"Meyvə suyunun spirtli içkilərdən fərqi yoxdur"

Metbuat.az xəbər verir ki, bu sözləri türkiyəli məşhur həkim Canan Karatay deyib. Onun sözlərinə görə, meyvə suyunun sağlamlıq üçün zəzrəri spirtli içkilərə bərabərdir:

"Meyvəni yeyin, ancaq suyunu içməyin. C vitamini yalnız meyvə suyunda var deyə bir şey yoxdur. Meyvə su halına gələnə qədər içərisindəki liflər parçalanır. Liflər parçalandıqca mədədən sürətlə qana keçir və insulini yüksəldir, bağırsaqlara da heç nə qalmır. Bu da aclıq hissini artırır. Ümumiyyətlə, pəhriz saxlayan insanlar meyvə suyu içməməlidir”.

Canan Karatay valideynlərə xəbərdarlıq edib ki, uşaqlara meyvə suyu əvəzinə meyvə yedizdirsinlər.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR