Neftdə inanılmaz ucuzlaşma

Neftdə inanılmaz ucuzlaşma
12:01 7 Yanvar 2015
181 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti bu gün sürətlə ucuzlaşıb və barrel üçün 50 dollarlıq baryeri keçib.

ANS PRESS-in məlumatına görə, hazırda Texas neftinin barrelinin qiyməti Nyu-York birjasında 47,26 dollardır. Sutkalıq ucuzlaşma 67 sent və ya 1,4 faizdir.

London birjasında isə “Brent” markalı neftin barrelinin qiyməti 66 sent ucuzlaşaraq hazırda 50,44 dollara təklif edilir.

Dünən isə iş gününün sonuna Texas neftinin barreli 2,65 dollar ucuzlaşaraq 50,04 dollara düşmüşdü. Həmin gün Londonda “Brent” markalı neftin barrelinin qiyməti 2,01 dollar ucuzlaşaraq 51,1 dollar olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=318181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR