Valideynlərin qış bəlası: bu iki xəstəliyi ayırmaq olmur

12:05 7 Yanvar 2015
145 Sosial
Ölkə mətbuatı
A- A+

Payız və qış aylarında qızılca, suçiçəyi və bu kimi infeksion xəstəliklərə daha çox rast gəlinir. Kütləvi hal almasa da, Zaqatalanın müəyyən ərazilərində uşaqlar arasında bu xəstəlik müşahidə edilir.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, infeksiyanın genişlənməsinin qarşısını almaq məqsədilə profilaktik tədbirlər həyata keçirilir. Zaqatalada infeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həkim briqadaları yaradılıb. Yerlərə ezam olunan həkimlər tərəfindən yoluxma ehtimalı olan insanlar müayinə olunur və müalicəyə cəlb edilirlər. Xəstəliyin vaxtında aşkar edilməməsi və mübarizə tədbirlərinin gecikməsi ağırlaşma hallarına səbəb ola bilər.

Bu xəstəliklərlə mübarizədə çətinlik yaradan məqamlar da var. Bir çox hallarda valideynlər suçiçəyi ilə qızılca xəstəliklərini fərqləndirə bilmirlər. Səbəb isə bu infeksiyalara yoluxma zamanı hərarət, halsızlıq və bədəndə müşahidə olunan səpkilər kimi oxşar əlamətlərin meydana gəlməsidir. Bu zaman fərdi qaydada edilən yanlış müalicə əks-təsir göstərir.

Həkimlər bu kimi xəstəliklərlə mübarizədə bir çox məqamlara diqqət yetirilməsini tövsiyyə edirlər. Adı çəkilən infeksiyalara məxsus əlamətlər aşkar edildikdə dərhal həkimə müraciət olunmalıdır. Xəstəliyin xüsusiyyətini nəzərə alaraq valideynlər yoluxmuş övladlarının digər insanlarla təmasına mane olmalıdırlar. Eləcə də, mümkün qədər dərini sudan qorumaq lazımdır. Əks halda xəstəliyin ağır fəsadları qaçılmaz olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/317701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR