Dolların çöküşü başladı

Dünya bazarında dolların kəskin ucuzlaşması müşahidə olunur. Xüsusən də avro və manat dollar qarşısında möhkəmlənmək faizinə görə şkalada liderdir.

Avro 0,92 faiz bahalaşaraq dolları bazarda zəiflədə bilib. Manat isə 0,72 faiz bahalaşıb. Rus rublu isə neftin ucuzlaşması fonunda böyük yüksəliş göstərə bilməyib. Cəmi 0,4% bahalaşıb.

Beləliklə, hazırda dolların manata nisbətdə rəsmi məzənnəsi 1.7437-dir. Rubl qlobal birjalarda 59.0219 məzənnəsi ilə ticarət olunur. Avro isə 1.0674 məzənnəsi ilə ticarət olunur. Funt isə cəmi 0,04% qalxaraq, 1.2168-ə satılır.

S&P 500 indeksi ötən həftənin sonundan başlayaraq bahalaşır. Həftəyə 0,3% artımla start verən indeksin qiyməti indi 2376.6 dollara ticarət olunur. Qızılın düşməsi də bu həftənin ilk günündən davam edir və hazırda 0,1% düşərək 1201.4-ə satılır. //Fins.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR