Azərbaycanda məktəb binasında yanğın

Azərbaycanda məktəb binasında yanğın
12:06 7 Yanvar 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məktəb binasında yanğın baş verdi.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə bu gücə Goranboy rayonu, Faxralı kəndində baş verib.

Belə ki, adıçəkilən kənddəki Təhsil Nazirliyinə məxsus məktəb binası yanıb. Məlumata görə, bina hal-hazırda fəaliyyət göstərmir və sökülməkdədir. Birmərtəbəli orta məktəb binasının ümumi sahəsi 1100 kv.m olub.

Yanğın məktəbin dəhlizində baş verib və yanar konstruksiyalar yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Alovların qarşısı saat 03:50-də yanğınsöndürənlər tərəfindən alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR