Məşhur aktrisanın toyu oldu - FOTO

Məşhur aktrisanın toyu oldu - FOTO
12:12 7 Yanvar 2015
232 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən populyar aktrisalarından biri, Hollivud ulduzu Kemeron Dias "Good Charlotte" qrupunun gitaraçısı Benci Meddenə ərə gedib.

Milli.Az ABC News-a istinadən bildirir ki, toy Diasın ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində, dəbdəbəli Beverli-Hills səmtində yerləşən villasında olub.
 
"Bəxtəvərik və çox sevinirik. Çünki həyatda birgə yolumuza ailə üzvlərimiz, qohumlarımız və dostlarımızın əhatəsində başlayırıq", - Kemeron Dias People-a bildirib.
 
Toyda Kemeron Diasın "gəlin rəfiqə"ləri Nikol Riçi, Dryu Berrimor Cessi Luts olub.
 
Qonaqlar arasında Riz Uizerspun, Qvinet Peltrou, Samanta Ronson, Robin Antin və digərləri vardı.
 
Diasla Medden ötən ilin mayında görüşməyə başlayıblar, dekabrın sonlarında nişanlanıblar.
 
Milli.Az
 














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR