Messi: "Enrike qovulacaq"

Messi: "Enrike qovulacaq"
12:17 7 Yanvar 2015
269 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının son turunda "Real Sosyedad"a uduzan "Barselona" klubunda Lionel Messi ilə baş məşqçi Luis Enrike arasında yaşanan qalmaqal səngimək bilmir.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bazar ertəsi məşqə çıxmayan argentinalı futbolçu ilə gün ərzində əlaqə saxlamaq mümkün olmayıb.
 
Bu səbəbdən baş məşqçi L.Enrike Messini cəzalandırmaq qərarına gəlib. Lakin Xavi, İniyesta Buskets cəzanın Messi ilə aralarındakı gərginliyi daha da dərinləşdirəcəyini əsas gətirərək təcrübəli mütəxəssisi fikrindən daşındırıblar. Bunu öyrənən Messi isə rəhbərliklə görüşərək onların qarşısına "ya mən, ya da Enrike" tələbini qoyub. Rəhbərliyin Messiyə baş məşqçinin qovulacağına dair söz verdiyi bildirilir.
 
Qeyd edək ki, "Real Sosyedad"la görüşdə (0:1) meydana sonradan daxil olan Messinin Enrikenin qərarlarından narazı qaldığı və bu səbəbdən komandanın son məşqində iştirak etmədiyi iddia olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR