Səudiyyə Ərəbistanında Qadınlar Şurası qadınlarsız təqdim olundu

Səudiyyə Ərəbistanında Qadınlar Şurası qadınlarsız təqdim olundu
21:52 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Kassım Qadınlar Şurasının ilk toplantısından çəkilən fotolarda heç qadın yoxdur
Qadınlara ictimai həyatda yer verməyən Səudiyyə Ərəbistanının Kassım vilayətində bir Qadınlar Şurası yaradılıb. Lakin bu qurumun təqdim olunması üçün təşkil edilən toplantından çəkilən fotolarda mühüm bir çatışmazlıq var: Qadınlar.
Bir müddətdir qadınların ictimai həyata qatılması mövzusunda bəzi təşəbbüslərə işarə edən kral hakimiyyəti qadın problemlərinin müzakirə ediləcəyi bir qurum yaratdı. Amma Qadınlar Şurasının toplantısından çəkilən fotolarda yalnız 13 kişi görüntülənib.
Verilən məlumata görə, başqa bir otaqda toplaşan qadınlar toplantıya video vasitəsilə bağlanıblar. Amma toplantının ictimaiyyətə təqdim olunan tərəfi yenə də kişilər olub.
Ötən həftənin şənbə günü keçirilən toplantıdan sadəcə kişilərin əks olunduğu forolar dərc olunub.
İctimai mediada bu foto bir çoxları tərəfindən yenə də milyonlara yayılan bir başqa fotoyla müqyisə olundu. Bu, yanvar ayında ABŞ prezidenti Donald Trump-ın ətrafındakı kişi müşavirləri ilə birlikdə abort qanunu imzaladığını əks etdirən fotodur.
Qadınlar Şurası Kassım vilayətinin valisi şahzadə Faysal ibn Mişalın təşəbbüsü ilə yaradılıb.

Qadınlar maşın sürə bilmir

Şahzadə Faysal belə bir platformanın ölkədəki ilk nümunəsinin yaradılmasından qürur duyduğunu bildirib: "Kassım vilayətində biz qadınları kişilərin qardaşı olaraq görürük. Qadınlar və gənc qızların iş həyatına cəlb olunmasına imkan yaratmaqdan qürur duyuruq"
Qadınlar Şurasına əslində fotoda olmayan bir qadın, şahzadənin xanımı Abir bint Salman başçılıq edir.
Səudiyyə Ərəbistanında qohum olmayan kişi və qadının eyni məkanda olmaması qaydasına rəsmi səviyyədə hələ ciddi şəkildə riayət olunur. Qadınların avtomobil idarə etməsinin sərbəst olmadığı tək ölkə Səudiyyə Ərəbistanıdır və qadınlar avtomobil idarə edərkən yaxalanarsa həbs edilə bilər.
Lakin "2030 proqramı" deyə təqdim edilən islahat planı çərçivəsində hökumət bəzi addımlar da atılır. Proqramda hazırda işçi qüvvəsində 22 faiz təşkil edən qadınların sayının 30 faizə yüksəldilməsi nəzərdə tutulub.
Bundan başqa rəsmi səhnədən kənarda bir çox rahatlıqlar diqqət çəkir. Belə ki, ötən həftənin cümə günü Ciddə şəhərində ilk dəfə olaraq YouTube FanFest festivalı keçirilib. Festivalda kişili-qadınlı 2500 nəfərin iştirak etdiyi və canlı konsert lent yazılarının YouTube-a qoyulduğu bildirilib.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR