Əxlaq kitablarında riya "şirk əl-xəfiyy", yəni gizli şirk və ya "şirk əl-əsğər", yəni kiçik şirk adlandırılır. Bu ifadənin kökü hədislərə gedib-çıxır. Həzrət Muhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Sizin üçün ən çox qorxduğum məsələ kiçik şirkdir". Kiçik şirkin nə olduğunu soruşanlara cavab verdi: "Bu, riyadır. İzzət və cəlal sahibi olan Allah qiyamət günündə camaata əməllərinin əvəzi veriləndə buyuracaq: "Dünyada riya ilə özünüzü göstərdiyiniz adamların yanına gedin, görün ki, onlarda sizə veriləcək əvəz taparsınızmı?" (Müsnədi-Əhməd, 5-ci cild, səh. 428 və 429).
Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Cəfər Sadiq (ə) riyanın nə qədər təhlükəli olduğunu bəyan edərək buyurmuşdur: "Riya elə bir ağacdır ki, onun gizli şirkdən başqa meyvəsi yoxdur və bu ağacın kökü nifaqdır" (Bihar əl-ənvar, 72-ci cild, səh. 300). "Hər bir riya şirkdir. Şübhəsiz, kim insanlardan ötrü bir iş görsə, savabı insanların öhdəsinə düşər. Kim Allaha xatir bir iş görsə, savabı Allahın öhdəsində olar" (Üsul əl-Kafi, 2-ci cild, səh. 293).
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində