Moskva kosmonavt qəbulu elan edib

Moskva kosmonavt qəbulu elan edib
22:37 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Roskosmos" şirkəti kosmonavtların qəbulunu elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəbul prosesi ilin sonunadək davam edəcək. Şirkət 6-8 kosmonavt qəbul etməyi planlaşdırır.

Namizədlər Rusiya vətəndaşı, ali təhsilli və 35 yaşdan gənc olmalıdır.

Kosmonavt olmaq istəyənlər qəbul prosesində tibbi, psixoloji və fiziki yoxlamalardan keçiriləcək.

Qeyd edək ki, sonuncu dəfə "Roskosmos"da kosmonavt qəbulu 2012-ci ildə keçirilib. Hazırda qurumun tərkibində 30 kosmonavt var ki, onlardan 14-ü hələ kosmosda olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR