Çempionlar Liqasında 1/4 finala yüksələn daha 2 klubun adı müəyyənləşib

Çempionlar Liqasında 1/4 finala yüksələn daha 2 klubun adı müəyyənləşib
02:02 15 Mart 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan daha 2 komandanın adı müəyyənləşib.
"Report"un məlumatına görə, bunlar İngiltərənin "Lester" və İtaliyanın "Yuventus" klublarıdır.
"Lester" 1/8 final mərhələsinin cavab görüşündə İspaniya "Sevilya"sına qalib gəlib. Hər hissədə bir qol vuran "tülkülər" rəqibin penaltisinə də əngəl olmağı bacarıblar. Üstəlik, qonaqlar Samir Nəsrinin 74-cü dəqiqədə meydandan qovulması ilə əlaqədar oyunu azlıqda başa vurublar. "Lester" ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxaraq, mərhələ adlayıb.
"Yuventus" isə Portuqaliya "Portu"suna minimal hesabla qalib gəlib. Yeganə qolu ilk yarının sonlarında penaltidən Paulo Dibala vurub. Penaltiyə səbəbkar olan qonaq komandanın futbolçusu Maksi Pereyra isə qırmızı vərəqə alaraq, komandasını sonadək azlıqda qoyub. İlk görüşdə 2:0 hesablı qələbə qazanan "Qoca Sinyora" bu dəfə bir qolla mərhələ adlayıb.
Daha öncə İspaniyanın "Barselona" və Real Madrid", eləcə də Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund) komandaları da 1/4 finala yüksəlib. Daha 2 1/4 finalçı isə martın 15-də keçiriləcək "Atletiko" (İspaniya) - "Bayer" (Almaniya) və "Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə) matçlarından sonra müəyyənləşəcək. Bu komandalar arasındakı ilk görüşlərdə "Atletiko" 4:2, "Mançester Siti" isə 5:3 hesabı ilə qalib gəlib. 
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
14 mart
23:45 "Yuventus” (İtaliya) - "Portu” (Portuqaliya) - 1:0
Qol: Paulo Dibala, 42-penalti ilə
Qırmızı vərəqə: Maksi Pereyra, 41 ("Portu")
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 2:0
23:45 "Lester” (İngiltərə) – "Sevilya” (İspaniya) - 2:0
Qollar: Ues Morqan, 27. Mark Olbrayton, 54
Vurulmayan penalti: Stiven N Zonzi, 80 ("Sevilya")
Qırmızı vərəqə: Samir Nəsri, 74 ("Sevilya")
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:2

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-1-4-finala-yukselen-daha-2-klubun-adi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR