"70 yaşımda da seksual görünmək istəyirəm" - FOTO

"70 yaşımda da seksual görünmək istəyirəm" - FOTO
03:05 15 Mart 2017
144 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktrisa Salma Hayek "Dujour" jurnalı üçün fotosessiya etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şəxsi həyatı və gözəlliyini necə qoruması bağlı sualları da cavablandıran S.Hayek bundan sonra da cazibədar görünmək istədiyini deyib. Lakin o, bunun üçün xüsusi prosedurlar etmək fikrində deyil:

"Mən botoksa inanmıram. Amma kimsə daha yaxşı görünməyim üçün yardım etsəydi, mən bu yardımdan yararlanardım. Çünki 70 yaşımda da seksual görünmək istəyirəm. Ərim məni görəndə desin ki, "Mənim xanımım qocaldı, amma gözəlliyini itirmədi".

S.Hayek ekranda obrazını dəyişmək istədiyini də bildirib:

"Yaş bəzən gözəl personajlar yaratmağa kömək edir. Amma hər zaman cazibədar xanımı canlandırmaq darıxdırıcıdır. Ana obrazını oynamağı sevirəm və nənə roluna da şad olaram".

Qeyd edək ki, 51 yaşlı aktrisa fransız biznesmen François Pinault ilə ailəlidir.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR