Voleybolçunun ayaqları başına bəla oldu

Voleybolçunun ayaqları başına bəla oldu
07:09 15 Mart 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Rusyanın Yeni Urenqoy şəhərinin “Fakel” voleybol komandasının  oyunçusu Aleksand Kimerov təyyarə ilə Samaradan Moskvaya uçuşuna icazə verilməyib. Lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, insident “Pobeda” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində baş verib.

 

Qıçları oturacağa sığmayan 215 sm boyu olan oyunçu rahat oturmaq üçün yanındakı sərnişinlə yerini dəyişərək, ayaqlarını keçidə uzadıb.   

 

Lakin onun bu hərəkəti ekipajın xoşuna gəlməyib. Hadisə yerinə çağırılan polis əməldaşları oyunçunu təyyarədən zorla yerə düşürüblər. Nəticədə təyyarənin uçuşu 40 dəqiqə gecikib.

 

İnsident barədə klubun direktoru Nikolay Kapranov “Feysbuk” səhifəsində bölüşüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR