Novruz bayramında turist axını - Otelllərdə yer yoxdur

Novruz bayramında turist axını - Otelllərdə yer yoxdur
07:17 15 Mart 2017
152 Ölkə
Ölkə mətbuatı
A- A+

"Novruz bayramı ilə əlaqədar Azərbaycana gələn turistləri sayı ötən illərə nisbətən xeyli artıb. Bu, ilk növbədə Novruz bayramının ölkəmizdə daha rəngarəng, daha maraqlı, daha əyləncəli və qonaqpərvər keçirilməsi ilə əlaqədardır. Əksər otellər və əyləncə mərkəzləri bununla əlaqədar bəzi yenilikləri edir və turistləri cəlb edə bilirlər. Məsələn, 5-10 il əvvəl Novruz bayramında Azərbaycanda xaricdən bu qədər qonaq olmurdu. Amma indi otellərin də sayının müəyyən qədər artmasına baxmayaraq, yenə də otellərdə yer yoxdur".

Bu barədə Milli.Az-a Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, xüsusilə İrandan gələn turistlərin sayı çoxalıb. Bundan başqa Rusiyadan, Qazaxıstandan, ərəb ölkələrindən də çoxlu turistlər gəlir: "Ona görə də bayram ərəfəsində Azərbaycanda, xüsusən də Bakıdakı mehmanxana nömrələrinin mütləq əksəriyyəti artıq əvvəlcədən bronlaşdırılıb. Bilirik ki, Novruz bayramı ilə əlaqədar bizdə təxminən 9 gün iş olmayacaq. Bunu nəzərə alaraq demək olar ki, turistlərin çoxu regionlara da üz tuta bilər".

M.Ağakərimov qeyd edib ki, otellərimizdə, əyləncə mərkəzlərində Novruz bayramı əhval-ruhiyyəsi yaradılmalıdır: "Turizm şirkətləri köhnələrlə yanaşı yeni proqramlar təklif etməlidir, ildən-ilə yeniliklər olmalıdır. Bu proqramlarda əlavə xidmətlərin növləri, keyfiyyəti dəyişməli, daha yaxşı olmalıdır ki, növbəti illərdə də turistləri cəlb edə bilsinlər. Təbii ki, əgər turistləri ildən-ilə daha yaxşı qarşılaya bilsək, onların sayı getdikcə artacaq. Deyim ki, turizm şirkətləri və otellərin təcrübəsi ildən-ilə artır və bəziləri əvvəl buraxdıqları səhvləri aradan qaldırmağa çalışırlar".

Bununla yanaşı, M.Ağakərimov vurğulayıb ki, bəzi otellər bayramda sifarişlərin çoxluğunu görüb qiymətləri qaldırıblar. Bu, yolverilməzdir.

AzTA-nın müşaviri həmçinin təklif edir ki, ölkəmizdə 1-2 iki ulduzlu otellər, hostellər inşa edilməlidir ki, gələn qonaqların tələbatını ödəmək mümkün olsun.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR