Bir şəhərin bütün polisləri tərksilah edilərək saxlanılıblar

Bir şəhərin bütün polisləri tərksilah edilərək saxlanılıblar
08:05 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Meksikanın Xalisko ştatındakı Okotlan şəhərinin bütün polisləri zorla tərksilah edilərək saxlanılıblar. Milli.Az APA-ya istinadən xəbər verir ki, əməliyyatın səbəbi rəsmi açıqlanmasa da, asayiş keşikçilərinin saxlanılmasına səbəb kimi, onların sıralarında cinayətkar elementlərin yer alması göstərilir.

Okotlan şəhərində asayişə nəzarəti Xalisko polisi həyata keçirir.
 
Saxlanılan polis əməkdaşları Qvadalaxara şəhərinə aparılaraq tam yoxlanılacaqlar. Onların polis sıralarında qalıb-qalmaması yoxlamanın nəticəsindən asılı olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR