x
Loading...
.

"Atletiko" "Bayer"ə, "Monako" "Mançester Siti"yə qarşı

"Atletiko" "Bayer"ə, "Monako" "Mançester Siti"yə qarşı
09:22 15 Mart 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sonuncu iki qarşılaşma isə bütün 1/4 finalçıların adlarına aydınlıq gələcək.

"Atletiko" "Bayer"lə, "Monako" da "Mançester Siti" ilə qarşılaşacaq.
 
Səfərdə "Bayer"i 4:2 hesabı ilə üstələyən "Atletiko" mərhələ adlamaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gəlib. Təsadüfi deyil ki, Madrid klubu öz meydanında 0:2 hesabı ilə uduzsa belə, ÇL-də mübarizəni davam etdirəcək. "Atletiko" ötən həftəsonu "Qranada"nı tək qolla üstələyib. "Bayer" isə yeni baş məşqçi Tayfun Korkutun rəhbərliyi altında keçirdiyi ilk görüşdə "Verder"lə heç-heçə (1:1) edib.
 
Günün digər qarşılaşması olan "Monako" - "Mançester Siti" matçına maraq daha böyükdü. Mançesterdəki oyunda 8 qolun vurulması hər iki komandanın hücum futbolunun tərəfdarı olduğunu təsdiqləyir. İlk matçda qeydə alınan hesab "şəhərlilər"in daha şanslı olduğunu göstərsə də, səfərdə vurduğu 3 qol "Monako"nun da ümidlərini artırır. Belə ki, Knyazlıq klubu öz meydanında 2 cavabsız qol vuracağı təqdirdə, adını növbəti mərhələyə yazdıracaq. "Monako"nun cari mövsümdə qol vurmaq baxımından problem yaşamadığını nəzərə alsaq, "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın narahatlığını başa düşmək olar. İspan məşqçi xoşagəlməz gedişatla üzləşməmək üçün komandasından Fransada da qollar vurmağı tələb edəcək.
 
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
15 mart

23:45. "Atletiko" (İspaniya) - "Bayer" (Almaniya)
İlk oyun - 4:2
 
23:45. "Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə)
İlk oyun - 3:5

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR