x
Loading...
.

Fatih Terimdən "Beşiktaş" AÇIQLAMASI

Fatih Terimdən "Beşiktaş"   AÇIQLAMASI
09:27 15 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Fatih Terimin İtaliyanın "La Gazzetta dello Sport" qəzetinə açıqlamaları "Beşiktaş" azarkeşlərinin narazılığına səbəb olub. Fanat.Az xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi İtaliya səfəri zamanı "Roma"nın Avropa Liqasını qazanmasını arzuladığını deyib.


"Spallettiyə böyük hörmətim var. "Roma"nın oyun tərzini də bəyənirəm. Ümid edirəm ki, Avropa Liqasını qazanarlar" deyə Terim bildirib.


"İmperator" ləqəbli mütəxəssisin bu sözləri Avropa Liqasında mübarizə aparaq "Beşiktaş" azarkeşlərinin etirazı ilə qarşılanıb. Fanat.Az xəbər verir ki, bundan sonra BJK TV-nin canlı yayımına bağlanan Terim bunları deyib: 


"Beşiktaş" azarkeşləri məni yaxşı tanıyır, duyğularımı yaxşı bilir. Mənbu sözləri İtaliya çempionatı üçün dedim. "Roma" Avropa Liqasını qazansın demədim. "La Gazzetta dello Sport"a da xəbəri düzəltmələrini söylədim. İki saatlıq söhbətdən bəzi sözlərim təhrif olunub və önünə də "ümid edirəm" sözləri  əlavə edilib. Ürəyim "Beşiktaş"ın Avropa Liqasını qazanmasını istəyir. Mən o sözləri desəm, heç kimdən çəkinmədən çıxıb "dedim" deyrəm. Amma belə şey olmayıb".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fatih-terimdn-quotbeiktaquot-t56927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR