Bilgəh Kardioloji Sanatoriyasına quldur basqını zamanı mühafizəçi bıçaqlanıb

Bilgəh Kardioloji Sanatoriyasına quldur basqını zamanı mühafizəçi bıçaqlanıb
09:42 15 Mart 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Bilgəh Kardioloji Sanatoriyasından oğurluq etməyə cəhd göstərən şəxs sanatoriyanın mühafizəçisini bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. 
Belə ki, Bilgəh Kardioloji Sanatoriyasında mühafizəçi işləyən 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu içəriyə oğurluq etmək məqsədilə daxil olmaq istəyən şəxsi zərərsizləşdirmək istəyib. Bu zaman həmin şəxslə mühafizəçi əlbəyaxa olublar. Həmin şəxs Ş.Həmidzadənin baş və bədən nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub. Mühafizəçi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilgeh-kardoloji-sanatoriyasina-quldur-basqini-zamani-muhafizeci-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR