Nar kişilərdə cinsi gücü artırır

Vitaminlərlə zəngin olan narın cinsi gücü artırdığı məlum olub.

Metbuat.az xəbər verir ki, bir stəkan nar suyu içən kişilərin testosteron hormonlarında artış müəyyən olunub. Həmçinin, afrodizyak təsiri ilə cinsi istəyi və gücü artırır. Ən güclü antioksidant olaraq göstərilən narın mənfi duyğuları insandan uzaqlaşdırdığı məlum olub.

Nar diş əti iltihablarının qarşısını alır. Dəri infeksiyalarını yaxşılaşdırır. İmmunitet sistemini gücləndirir, xəstəliyə qarşı qoruyur. Enerji verir, yorğunluğun qarşısını alır. Sidik sökdürücü təsiri ilə bədəndən toksinlərin atılmasına kömək edir. İshalın qarşısını alır və müalicəsinə dəstək olur. Nar böyrək iltihablarının müalicəsində son dərəcə təsirlidir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR