Asiya İnkişaf Bankı Azərbaycana yeni kredit ayıra bilər

Asiya İnkişaf Bankı Azərbaycana yeni kredit ayıra bilər
09:57 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) proqnozuna görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,1% geriləyəcək. “Report” xəbər verir ki, bu barədə Bank rəsmilərindən biri “Reuters”ə açıqlamasında deyib.
ADB-nin məlumatına görə, ölkə gəlirlərinin 75%-ni və ÜDM-in 45%-ni təşkil edən neft və qazın qiymətinin azalması büdcəyə, tədiyyə balansına, manatın məzənnəsinə və xarici valyuta ehtiyatlarına təsir edib: “Keçmiş SSRİ respublikalarının iqtisadiyyatı əvvəlki ilə nisbətən 3,8% azalıb. Lakin yanvar ayından etibarən 0,8%-lik artım müşahidə edilib. Azərbaycan hökuməti isə bu il üçün 1%-lik inkişaf gözləyir”.
ADB bu il Azərbaycana iki kreditin ayrılması məsələsinin də nəzərdən keçirə bilər. Bu kreditlərdən biri təxminən 400 mln. ABŞ dolları civarında olacaq və dəmir yolu sahəsində layihənin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/asiya-i-nkisaf-banki-azerbaycana-yeni-kredit-ayira-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR