x
Loading...
.

Prezident İlham Əliyev: "Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir"

Prezident İlham Əliyev: "Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir"
10:12 15 Mart 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ "Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir".
"Report"un xəbərinə görə, bunu martın 14-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında qarşılıqlı səfərlər artıq ənənəyə çevrilib: "Mən Azərbaycan Respublikasının Prezidenti kimi Fransada dəfələrlə səfərdə olmuşam. Siz, cənab Prezident, iki dəfə Bakıda səfərdə olmusunuz. Qarşılılıqlı səfərlər onu göstərir ki, Fransa-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Aramızda çox fəal siyasi dialoq aparılır. Fransa Respublikasına bugünkü səfərimizin diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinə təsadüf etməsindən olduqca məmnunam".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir: "Fransa şirkətləri bu günədək Azərbaycanda energetika, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və digər sahələrdə təxminən iki milyard ABŞ dolları dəyərində 27 layihədə podratçı kimi iştirak etmişlər. Enerji sahəsində əməkdaşlıq iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən biridir. Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdə iştirak edirlər. Azərbaycanın təşəbbüsü ilə uğurla icra edilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir".
Azərbaycan Prezidenti vurğulayıb ki, iki ölkə arasında humanitar sahədə də əməkdaşlıq çox genişdir: "Fransız dili uzun illərdir Azərbaycanda tədris olunur. Azərbaycanın 338 məktəbində 50 minə yaxın şagird fransız dilini öyrənir. Azərbaycanın yeddi ali təhsil müəssisəsində fransız dili tədris edilir. Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Azərbaycan Dillər Universitetində Fransa Mərkəzi yaradılmışdır. Üç il əvvəl biz Bakı Fransız Liseyini yaratdıq. Cənab Prezident, Sizinlə bu liseyin açılışında iştirak etmişik. Ötən il isə Azərbaycan-Fransız Universiteti fəaliyyətə başladı. Artıq bir neçə ildir ki, Fransada da Azərbaycan dili tədris olunmağa başlayıb. Eyni zamanda, mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq aparılır.
Fransa ilə Azərbaycanın regionları arasında da əməkdaşlıq inkişaf edir. Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında müvafiq sənədlər imzalanmışdır".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-azerbaycan-ile-fransa-arasinda-siyasi-elaqeler-yuksek-seviyyededir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR