Fransa Prezidenti: “Total və SOCAR arasında uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram”

Fransa Prezidenti: “Total və SOCAR arasında uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram”
10:52 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ “Fransa karbohidrogenlər sahəsində Azərbaycanın əsas müştərilərindən biridir“. 
“Report”un xəbərinə görə, bunu Fransa Prezident Fransua Olland Parisdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyində deyib.
"Bu baxımdan mən Total və SOCAR arasında Abşeron neft yataqlarının istismarı üzrə uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram", - deyə Fransa Prezidenti vurğulayıb. 
F.Olland qeyd edib ki, Fransanın bir çox şirkətləri Azərbaycanla nəqliyyat, turizm, ekologiya, təhlükəsizlik, şəhərsalma və kənd təsərrüfatı sahələrində öz təcrübələri və bacarıqları ilə bölüşməyə hazırdırlar: "Fransaya səfəriniz çərçivəsində Siz onların bir çoxu ilə artıq görüşmüsünüz və Sizin iştirakınızla bir çox müqavilələr imzalanmışdır".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/fransa-prezidenti-total-ve-socar-arasinda-emekdasligi-alqislayiram

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR