x
Loading...
.

Rövşən Lənkəranski haqqında yazılmış kitab rekord vurdu

Rövşən Lənkəranski haqqında yazılmış kitab rekord vurdu
10:57 15 Mart 2017
374 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər ay olduğu kimi, "Qanun" Nəşrlər Evi fevral ayı ərzində ən çox satılan kitabların siyahısını açıqlayıb. 

Milli.Az sputnik-ə istinadən xəbər verir ki, yeni siyahıya əsasən, ötən ayın ən çox satılan kitabı Bəhram Çələbinin müəllifi olduğu "Rövşən Lənkəranski" kitabıdır. 

Yazıçı Bəhram Çələbi deyib ki, Lənkəranski mövzusuna müraciət etməsi təsadüfi deyil: 

"Mənim kriminal səpkidə 14 kitabım var. Kitabların çox satılmasının səbəblərindən biri mövzunun maraqlı olmasıdır. Əvvəl "Kriminal xronika" qəzetində yazırdım. Qəzetin bütün tirajları maraqla oxunurdu". 

Yazıçı deyir ki, Lotu Bəxtiyar haqqında yazdığı kitabdan sonra ən çox satılan "Rövşən Lənkəranski" romanı olub: 

"Sarı ədəbiyyat hər zaman oxucular üçün maraq doğurub. Rövşən Lənkəranski haqqında yazdığım kitab həcmcə bir qədər balacadır. İndi həmin kitabın geniş formatda ikinci nəşrini hazırlamaq istəyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR