Baş katibdən qorxunc etiraflar: "virusu təmizləməsək..."

Baş katibdən qorxunc etiraflar:  "virusu təmizləməsək..."
11:07 15 Mart 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

 

“2016 ölkə futbolunda hadisələrlə dolu zəngin il oldu. “Qarabağ”la “Qəbələ” Avroliqada uğurlu çıxışla diqqət çəkdi, yığma da bizi sevindirdi. Müsbət məqamlarla yanaşı, mənfi məqamlardan da danışmaq lazımdı”. Fanat.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.


 

Məmmədov I divizionda yaşanan xoşagəlməz olaylar haqda danışmağı özünə borc bilib: “ I divizionda danışılmış oyunlarla bağlı şübhələri mənfi hal kimi vurğulamalıyıq. Bu, virus, cinayətdi. Artıq qanuna dəyişiklik tətbiq olunub. Belə hallar cinayət işi kimi qəbul ediləcək. Biz də buna qarşı mübarizə aparacağıq. Məsələ ilə bağlı araşdırma prosesinə başladıq. Prosesə bir çox insanlar cəlb olundu. İntizam Komissiyası ötən il bəzilərinə sanksiya tətbiq etdi. Lakin 2017-ci ilin ilk 3 ayında hər həftə UEFA tərəfindən xəbərdarlıq gəlir. UEFA ilə əməkdaşlıq müqaviləsi bağlanılıb. Bundan sonra dünyanın bütün liqalarını izləməyə başladılar və mərc oyunlarının təhlili aparıldı. İl ərzində təxminən 30 min oyuna nəzarət edilir, sonra isə bütün federasiyalara məlumat göndərilir. Bu artıq sübutdu ki, cinayət işi baş verib. Məlumat federasiyaya göndərildikdən sonra federasiya polislə birlikdə araşdırmağa başlayır. Çalışmalıyıq ki, Premyer Liqamızı təmiz saxlayaq və I divizionu bu virusdan sağaldaq”.

 

 Asossiasiyanın baş katibi kütləvi mübarizənin önəmindən bəhs edib : “Mübarizə yönündə uğur qazanmasaq, Azərbaycan futboluna müxtəlif sanksiyalar tətbiq oluna bilər. Virusun digər idman növlərini yoluxdurmaması üçün əlimizdən gələni etməliyik. Hamılıqla çalışmalıyıq”.

 

O, daha fikrini belə yekunlaşdırıb: “Hazırda Azərbaycan Premyer Liqasında 8 komanda var. Biz də istərdik ki, çempionatda 10, daha sonra 12 komanda mübarizə aparsın. Amma açıq danışmaq lazımdı ki, bu, maliyyədən asılıdı. Premyer Liqa ilə müqayisədə uşaq komandalarının sayı ildən-ilə çoxalır. Çempionlar Liqasının finalını keçirməyə Bakının namizədliyi irəli sürülüb. Bir rəqibimiz var, o da Madriddi. Olimpiya Stadionumuzun namizədliyini irəli sürmüşük. UEFA-nın tələbinə əsasən, ÇL-in finalını keçirən stadion minimum 70 min azarkeş tutumuna malik olmalıdı. Olimpiya Stadionu isə 68 minlikdi. Lakin işlərə başlayıb, tribunaların sayını artıracağıq. Daha 2 min yer əlavə olunacaq. Avropa Liqasında isə bizim stadionumuz rəqiblərlə müqayisədə tələblərinə daha yaxşı cavab verir. Burda şansımız daha çoxdu. Bunu AVRO-2020-nin 4 oyununa bir hazırlıq kimi keçirmək istəyirik. Çempionlar Liqasının tələblərinə uyğun olaraq, hava limanımız gün ərzində 200 çarter reysini qəbul etməyə hazır olmalıdı. İyun ayında son tender sənədlərini təqdim edəcəyik. İyul və avqust ayında isə UEFA-nın ekspertlərinə gəlib baxacaq. Bundan sonra müvafiq qərar qəbul ediləcək. Rövnəq müəllimin dediyi kimi, UEFA-nın İcraiyyə Komitəsinə namizədliyim irəli sürülüb. 28 ölkəyə səfər edib, seçki proqramımı təqdim etmişəm”.

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ba-katibdn-qorxunc-etiraflar-t56931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR