“Bloomberg” agentliyi “Wi-Fi” dövrünün sonunu proqnozlaşdırır

“Bloomberg” agentliyi “Wi-Fi” dövrünün sonunu proqnozlaşdırır
11:35 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Bloomberg” analitik agentliyi tərəfindən keçirilmiş sorğunun nəticəsinə görə, simsiz kommunikasiyalar sahəsində çalışan ekspertlərin əksəriyyəti “Wi-Fi” şəbəkəsinə ictimai giriş dövrünün sona yaxınlaşdığını düşünürlər.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, açıq statistik məlumatlardan məlum olduğu kimi, indi mobil cihaz istifadəçilərinin 50%-i ictimai “Wi-Fi” hot-spotlarından istifadə edirlər. Ancaq ekspertlər əmindirlər ki, artıq yaxın gələcəkdə ictimai “Wi-Fi” nöqtələrindən istifadə edənlərin sayı 33% azalacaq.

Bu, yüksəksürətli mobil giriş, məsələn, “LTE” texnologiyasının populyarlaşması ilə izah edilir. Bundan başqa, mobil operatorlar tərəfindən limitsiz trafikə malik tarif planlarının istifadəyə verilməsi “Wi-Fi” dövrünün sonunu gətirəcək.

Həmçinin “LTE-Unlicensed” texnologiyası “Wi-Fi”-ı sıxışdıracaq. 2020-ci ilədək “LTE-U” standartının giriş nöqtələrinin sayı milyondan çox olacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46653-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR