Xanəmir Telmanoğlu: "Avropaya xəyanət etməliyik

Ata yurtdan kənara çəxan gənc türkləri görmüşəm.Onlar qürbətin məkanında necə qocalırlar. Kənarda türk etnosu tez qocalır. Zaman başqa məkanda türkün qocalığıdır. Mustafa da böyləsinə yaşayanlardandır. 22 yaşlı bu Osmanlının gənc qocası gələcək arzularını dilə gətirərək - Bakıda qocalmağı ilə elə bilirdim mənə xatirələrini danışır

Ey dili-qafil fil faili məchul fani...

Bu gün türk qövmünün durumu hədsiz zordur. Zaman geçdikcə, bütün ümid etdiyimiz anlayışlar hər sahədə məğlubiyərtə uğrayır. Bu içlər acısı çıxılmaz durumun gərginliyini yaşarkın nədənsə “Dədəm Qorqud”dastanlarının “Baybərənin oğlu Bamsı Beyrək boyu”nu xatırlayıram.

Beyrək Baybecan bəyin qızı Banuçiçəklə evlənəcəyi sırada kafir bəyləri gizlincə oğuz elinə girib beyrəyi yatdığı yerdə tutaraq başının 40 igidi ilə əsir aparırlar. 16 yıl düşmən elində əsirlik yaşayan Beyrəyi kafirin sevdiyi qızı bir şərtlə kömək edərək azadlığa çıxmasına imkan yaradır.

Düzdür, Beyrək şərti pozsa da, dastandakı reallıq öz mifiq-metafizik həqiqətində qalır.

Genəldə , buna toxunum:dastanlarda, özəlliklə , “Dədəm Qorqud” kimi dastanlarda nişan verilən hər detalın etnos taleyimizdə şüuraltı həqiqətini düzgün yaxalamaq gərəkir.

Türkün bu günkü durumu ilə bu boydakı hadisənin etnosa yönəlik həqiqəti nədən ibarətdir?

Beyrəyi əsirlikdən kafirin qızının qurtarması bu gün bizim yalnız yad -yabançı kafir ideyası, idealogiyası xarici düşmən güclərinin əliylə qurtula bilməmizə işarədir. Yəni bir növ dış əsarətini ( həm Qarabağ məsəəsi, həm də missioner fəaliyyətlərin təsiri nəzərdə tutulur.) yaşayan Azərbaycanın ona yaxınlaşan bir kafir gücünə, yaxud idealogiyasına ehtiyacı olduğunu düşünürəm. Bir şərtlə. Bu gün səni qurtarmağa niyətlənmiş kavur gücü (kafir qızı) də hardasa elə bizim əsir alındığımız tarixin, zamanın hansısa aşamasında bizimlə birgə əsirlik həyatı yaşayır. Biz onun- gavurun əsarətindəyik. Gavurun bizi azadlığa, hürriyətə qovuşdracaq gücü isə öz əsarətindədir. Sadəcə bu gün türklərin çıxış yolu məsələn, Amerikayla deyil, onun gücüylə şərt kəsərək, biz azadlığa çıxmağımızla qayıdıb onu da azad edəcəyimizə inanmaq, inandırmaq gərəkçəsidir.

Yənin kafir qızının –Amerikanın insanlığa xidməd edəcək hər hansı idealogiyası həyat, yaşam fəlsəfəsinin bir növ qəbul olunması, bəşərin yaşam sisteminə çevrilməsi üçün bizim azadlığımıza, türkün gücünə ehtiyacı var. Bu oyun məncə, ən dəqiq oyundur. Əgər məqsəd əsarətdən qurtulmaqdan gedirsə. Əks təqdirdə kafirin qızı Beyrəyin həbisdən qaçmasına yardımşı olmaq barədə heç düşünməzdi də . Qızın atası Beyrəyin düşməni olmasa da, kafirin qızı Beyrəyi sevdiyindən onun yolunda hər cür iztraba hazırdır. Hətta qız bu hərəkəti ilə atasına xəyanət edir. Bu xəyanət baş verməsə, qız da öz həyatı, yaşamı, mühiti içərisindəki düşdüyü bataqlıqdan, əsarətdən qurtulmaq imkanını kayb edə bilir. Onun üçün bunun yolu – hər iki tərəfin qurtuluşu bir –birinə yardımçı olmaqdan , qızın kiməsə -ən azından vətəninə, öz elinə başqan atasına xəyanət eləməsindən keçir. Məncə, Demokratik anlayış bizim çəmiyyətdə öz həqiqət yerini bulması naminə Amerikaya ən azından, Avropaya xəyanət etməlidir. Oralarda bu sistem səmimi qəbullənilməsə belə, onu biz səmimi qəbul etməyin yollarını, mədəniyyət konturlarını cizməliyik.

Məncə,qız atasına, elinə, vətəninə xəyanət etməklə, Beyrəyin də qıza söz verib sözünə əməl etməməsi ilə -xəyanəti sayəsində final heç-heçə qurtarır.

Türkün qurtuluş yolu kafir ideyasını qəbul etməyindən keçir. Bu yazılacaq qanundur. Kafirin ideyası isə türkün dəli-divanəsi olmaq zorundadır. Demokratiya bəşəriyət üçün mükənməl yaşam fəlsəfəsi ola bilər. Ondan sözün əsl mənasında necə derlər, istifadə olunsa.

Bir də dastanda Beyrək əsirliyi kafir elində yaşayır. Etnosun zülmət içində, istismar altında əzilməsi yad ideyaların saxta mənasından caydırılmış məqsədlərə yönəlik şəklində bizlərə sırınması bizim öz ərazilərimizdə deyil, düşmən bir ölkənin mədəniyətinin əsarətində olmağımızdan xəbər verir.

2007-ci il.“Qoy, Vatikan sevinsin” kitabından


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR