Bakıda təmayül siniflərində oxuyan şagirdlərin sayı açıqlandı

Bakıda təmayül siniflərində oxuyan şagirdlərin sayı açıqlandı
11:44 15 Mart 2017
245 Digər
Ölkə mətbuatı
A- A+

 

2015-2016-cı və 2016-2017-ci dərs illərində Təhsil Nazirliyinin müvafiq əmrləri ilə tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərdə təmayülləşmə üzrə təşkil olunan sinif və həmin siniflərə təhsil alan şagirdlərin sayı açıqlanıb.

 

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 4 təmayül istiqamətində - texniki, humanitar, riyaziyyat-iqtisadiyyat və təbiət istiqamətləri üzrə tədrisin təşkilinə başlanılıb.

 

Hazırda Bakı şəhərində X siniflər üzrə  3, 5, 19, 26, 32, 45, 47, 54, 62, 70, 80, 83, 95, 106, 113, 114, 116, 124, 129, 147, 149, 158, 160, 167, 171, 187, 193, 204, 214, 220, 225, 229, 240, 244, 245, 263, 264, 267, 270, 271, 274, 276, 278, 280, 281, 287, 288, 295, 318saylı məktəblərdə və 200 nömrəli Məktəb-Lisey Kompleksində (MLK) təmayül siniflər təşkil olunub.

 

XI siniflər üzrə isə 3, 5, 7, 27, 32, 47, 54, 62, 70, 83, 106, 129, 145, 147, 149, 158, 160, 167, 169, 171, 204, 214, 220, 225, 229, 240, 245, 263, 264, 267, 274, 278, 287, 288, 318 saylı məktəblərdə və 200 nömrəli Məktəb-Lisey Kompleksində təmayül siniflər yaradılıb. 

 

Texniki istiqamət üzrə X-XI siniflər üzrə ümumilikdə Azərbaycan bölməsi üzrə 63 təmayül sinfi, rus bölməsi üzrə 6 sinif təşkil olunub. Azərbaycan bölməsi üzrə hazırda 1394 şagird, 134 şagird isə rus bölməsi üzrə təmayül siniflərində təhsil alır.

 

X- XI siniflər üzrə yuxarıda adını sadaladığımız məktəblərdə riyaziyyat- iqtisadiyyat istiqamətində təmayülləşən siniflərin sayı Azərbaycan bölməsi üzrə 59, rus bölməsi üzrə isə 10-dur. 1317 şagird Azərbaycan bölməsi üzrə, 248 şagird isə rus bölməsi üzrə təmayülləşən siniflərdə təhsil alır.

 

X-XI siniflər üzrə təbiət istiqamətində təmayülləşən siniflərin sayı Azərbaycan bölməsi – 3, rus bölməsi 3-dür. Azərbaycan bölməsində 64, rus bölməsində də 64 şagird təbiət istiqamətində təmayülləşən bu siniflərdə oxuyur.  

 

Yuxarıda adını qeyd etdiyimiz Bakı məktəblərində X-XI siniflər üzrə ümumilikdə humanitar istiqamətdə Azərbaycan bölməsi üzrə 33, rus bölməsi üzrə isə 2 sinif təşkil olunub.

 

Azərbaycan bölməsində 723, rus bölməsində isə 43 şagird təhsil alır.  Növbəti 2017-2018-ci tədris ili üçün daha hansı məktəblərdə təmayülləşmənin tətbiq olunması ilə bağlı təkliflər hələ müzakirə edilir. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR