x
Loading...
.

Patriarx Kirill: "Azərbaycan dini və mədəni müxtəlifliklər arasında balans yarada bilib"

Patriarx Kirill: "Azərbaycan dini və mədəni müxtəlifliklər arasında balans yarada bilib"
11:52 15 Mart 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda dünyada mövcud olan ənənəvi dinlər ekstremizm və terrorizmlə üzləşir.

Milli.Az APA-ya istindən xəbər verir ki, bu barədə Rusiya və Moskva patriarxı Kirillin Bakıda keçirilən "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq konfransa müraciətində deyilir. 

Müraciəti Novqorod və Starorus mitropoliti Lev oxuyub. O bildirib ki, hazırda dünyada müxtəlif dinlər və ənənələr bir cəmiyyətdə yaşayır: "Bu isə qarşılıqlı anlaşmanı labüd edir. Dünyada baş verən terror aktları və insanların öldürülməsi bizi elə bir model tapmağa çağırır ki, sülh naminə birlikdə işləyək və ekstremizmin qarşısını alaq.

Ənənəvi dinlərə tolerant yanaşmadan ekstremizmin qarşısını almaq mümkün deyil. Azərbaycan bu sahədə yaxşı təcrübə qazanıb. Bu ölkə dini və mədəni müxtəlifliklər arasında balans yarada bilib. Tədbirin burada keçirilməsi çox yerində və vaxtındadır. Ümid edirəm ki, bu tədbirin işi müxtəlif din və mədəniyyətlər arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/religion/526342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR