Prosineçki: "Kim iştirak edə bilərdisə, onu apardıq"

Prosineçki: "Kim iştirak edə bilərdisə, onu apardıq"
12:12 15 Mart 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bu oyun bizim üçün çox vacib idi. Çünki Almaniya ilə seçmə mərhələ matçına az vaxt qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

AFFA-nın Hesabat Konfransından sonra millinin xorvatiyalı çalışdırıcısı brifinq keçirib. O, öncə Qətər millisi ilə keçirilən yoldaşlıq görüşü barədə danışıb: "Özünəinam baxımından Qətərlə qarşılaşma bizim üçün önəmli oyun oldu. Yeni futbolçuları da sınamaq imkanım oldu. Ancaq Premyer Liqada çıxış edən oyunçulara şans verdim. Bizim üçün xeyirli oyun oldu".
 
- Oyun praktikası olmayan bəzi futbolçulara dəvət göndərsəniz də, klubunda müntəzəm çıxış edənlərin bəziləri kənarda qaldı...

- Çünki baş məşqçi mənəm və qərarı mən qəbul edirəm. Hamı deyə bilər ki, nəyə görə bəzi oyunçular çağırılmayıb. Amma mən çağırılanları lazım bilmişəm və onlara dəvət göndərmişəm.
 
- Kamran Ağayev uzun müddətdi oynamır. Bu, Almaniya ilə görüşdə problem yarada bilər. Kimin oynamaq şansı daha çoxdu?

- Sizinlə tamamilə razıyam. Bizdə qapıçı problemi var. Kamran "Boavişta"da artıq əsas qapıçı deyil. Səlahət Ağayev Qətərlə matçı yüksək səviyyədə keçirdi. Təəssüf ki, o da zədələndi. Hələ oyuna 10 gün vaxt qalıb. Buna baxmayaraq, Kamran bizim bir nömrəli qapıçımızdı.
 
- Riçard Almeydanın millinin dürşərgəsində bir gün olması nəyə hesablanmışdı?

- Almeyda gələcəkdə milli komandada çıxış edəcək. Sadəcə, Almaniya ilə görüşdə kimlər iştirak edə bilərdilərsə, onları apardıq. Qərara gəldik ki, Almeyda milliyə qoşulsun, atmosferi hiss etsin. Sadəcə, Almaniyaya qarşı oynaya bilməyəcəyi üçün onu Qətərə aparmadıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR