Erməni haker ABŞ-a 500 milyon dollar zərər vurdu

Erməni haker ABŞ-a 500 milyon dollar zərər vurdu
12:42 15 Mart 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ kompüter fırıldaqçılığında ittiham etdiyi Rusiya vətəndaşı Mark Vartanyanın ölkə büdcəsinə 500 milyon dollar zərər vurduğunu bildirib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi açıqlamasında deyilir.

ABŞ Vartanyanın "Citadel" virus proqramı hazırlayaraq kompüter sistemləri və maliyyə hesabatlarına müdaxilə etdiyini və dünyadakı 11 milyon kompüteri yoluxduraraq 500 milyon dollardan artıq ziyan vurduğunu açıqlayıb.
 
Mark Vartanyan Fredrikstad şəhərində yaşayıb və 2014-cü ilin oktyabrından həbsxanada saxlanılır. O yaxın aylarda ABŞ-a ekstradisiya olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR