"Almanlarla oyun asan olacaq" - Robert Prosineçki

"Almanlarla oyun asan olacaq"  - Robert Prosineçki
12:47 15 Mart 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın Hesabat Konfransından sonra millinin xorvatiyalı çalışdırıcısı Robert Prosineçki brifinq keçirib.




 

- Qətərlə oyun bizə nə verdi?

- Almaniyayla oyun ərəfəsində bu görüş çox vacib idi.  Özünəinam baxımından önəmi danılmazdı. Eyni zamanda, Dohada yeni futbolçuları sınaqdan keçirdik. Yalnız Premyer Liqada oynayanların meydana çıxmasının da faydası var.

 

- Klubunda müntəzəm oynayan bəzi futbolçular kənarda qalsa da, oyun praktikasından əziyyət çəkən bir neçə oyunçunu yığmaya çağırıldı.

- Baş məşqçi mənəm və qərarı mən qəbul edirəm. Hamı deyə bilər ki, nəyə görə bəzi oyunçular çağırılmayıb. Amma mən çağırılanları lazım bilmişəm və onlara dəvət göndərmişəm.

 

- Kamran Ağayev “Boavişta”da ehtiyatda qalır. “Çərçivə” kimə həvalə ediləcək?

- Razıyam. Hazırda qapıçı problemimiz var. Kamran “Boavişta”da artıq əsas qapıçı deyil. Səlahət Ağayev Qətərlə matçı yüksək səviyyədə keçirdi. Təəssüf ki, o da zədələndi. Hələ oyuna 10 gün vaxt qalıb. Ehtiyatda qalsa da, Kamran bizim bir nömrəli qapıçımızdı.

 

- Riçard Almeydanın millinin dürşərgəsində bir gün olması nəyə hesablanmışdı?

- Almeyda gələcəkdə millidə oynayacaq. Yığmaya qoşulmasına, ab-havanı hiss etməsinə şərait yaratdıq. Sadəcə, Almaniyaya qarşı oynaya bilməyəcəyinə görə Dohaya yollanmasına ehtiyac qalmadı.

 

- Almaniyaya qarşı kökləmək çətin olacaq?

- Yox. Əksinə, Almaniya ilə oyun qrupdakı matçlar arasında ən asanıdı. Rəqib yalnız qrupumuzun favoriti yox, həm də dünya çempionudu. Üzərimizdə təzyiq yoxdu.

 

- “Kicker” jurnalının əməkdaşı Almaniyanın Azərbaycana azı 5 top vuracağını bildirib. Sizcə, niyə belə deyib?

- O jurnalistlə görüşmüşdüm, danışmışdıq. Amma aramızda belə söhbət olmamışdı. Ona bizimlə oyunun almanlar üçün çətin alınacağını söyləmişəm.

 

- Qətər tərəfi Azərbaycanla keçirilmiş oyunun videogörüntüsünü yayımlamır. Bu nə dərəcədə doğrudu?

- Səbəbini mən də anlamıram. Bu sualı onlara ünvanlasaz, yaxşı olar.

 

 



Fanat.Az 

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotalmanlarla-oyun-asan-olacaqquot-t56935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR