Bu gün AFFA-nın növbəti Hesabat Konfransı yekunlaşıb. Fanat.Az xəbər verir ki, gözlənildiyi kimi, toplantıda İcraiyyə Komitəsində vakant olan yer sahibini tapıb.
Namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülən AFF prezidenti Zaur Axundov İcraiyyə Komitəsinə üzv seçilib.
Nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın üzvü və ya dolayı üzvü tərəfindən, ən azı 15 gün əvvəl baş katibliyə təqdim edilməlidi. Lakin Axundovdan başqa isə heç kəs bu addımı atmayıb.
Fanat.Az