Devid Kulthard: "Bakıda builki Formula 1 yarışı daha da maraqlı olacaq"

Devid Kulthard: "Bakıda builki Formula 1 yarışı daha da maraqlı olacaq"
13:12 15 Mart 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli "Formula 1" pilotu Devid Kulthard Azərbaycana səfər edərək yarışın ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, D.Kulthard treklə tanışlıqdan sonra bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib ki, növbəti yarış üçün hazırlıq işlərində böyük irəliləyiş var:

"2017 Formula 1 Azərbaycan Qran Prisi öncəsi Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Tam əminəm ki, bu ilin yayında Bakıda baş tutacaq növbəti Formula 1 yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusilə, trekin dar hissələri 2017-ci ilin eyni təkərli bolidləri üçün daha da çətinlik yaradacaq. Nəticədə biz bu il daha gərgin mübarizənin şahidi olacağıq. Mən, həqiqətən də, bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm".

Bu gün baş tutan trek gəzintisindən başqa, D.Kulthard yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərə də qatılacaq. O, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ilə görüş keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR