"Almaniyaya uduzmaq da şərəfdi"

"Almaniyaya uduzmaq da şərəfdi"
14:12 15 Mart 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyaya uduzmaq da şərəfdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurum başçısı DÇ-2018-in seçmə mərhələsinin martın 26-da Almaniya ilə keçiriləcək ev oyunu haqda fikirlərini açıqlayıb. Abdullayev rəqibin çox güclü odluğunu, lakin yığmamızın mübarizə aparacağını bildirib: "Biz mübarizə futbolu oynamağa çalışmalıyıq. İdmançı mübarizə aparırsa, onun uduzması da şərəf olur. İdmançı meydana arxa çevirib, mübarizə göstərmirsə, ən böyük biabırçılıqdı. Almanlar maşındılar, onlarda dayanmaq yoxdu".
 
Qeyd edək ki, martın 26-dakı Azərbaycan - Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR