x
Loading...
.

Özünü şeytana satan Bulqakov

Özünü şeytana satan Bulqakov
14:23 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

Mixail Bulqakovun bədii irsi də özü kimi müəmmalarla doludur.

Publika.az məşhur rus yazıçısı, dramaturq, teatr rejissoru və aktyorunun həyat və yaradıcılığına nəzər salaraq bəzi sirlərini açmağa çalışıb.

Ruhun satılması

Məlumdur ki, Bulqakov tez-tez “Böyük teatr”a “Faust”u dinləməyə gedərmiş. Bu opera həmişə onun əhval-ruhiyyəsini qaldırmağa kömək edib. Əsasən də Faust obrazını özünə yaxın hiss edib. Amma bir dəfə Bulqakov teatrdan çox dilxor, bədbin halda qayıdıb. Bu, onun yenicə yazmağa başladığı “Batum” pyesi ilə bağlı idi. Stalin haqqında əsər yazmağa razılaşmaqla Bulqakov özünü ruhunu şeytana satmış Faust yerinə qoyurdu.

Çatışmayam personaj

1937-ci ildə, böyük şair Aleksandr Puşkinin ölümünün yüzilliyi münasibətilə bir neçə müəllif şairə həsr olunmuş pyesini təqdim etmişdi. Onların arasında Bulqakovun “Aleksandr Puşkin” adlı pyesi də vardı ki, əsər digər müəlliflərin işindən bir personajın olmaması ilə fərqlənirdi. Bulqakov hesab edirdi ki, bu personajın səhnəyə çıxması vulqar və zövqsüz görünəcək. Bu personaj – Aleksandr Puşkin idi!

Xəzinə

Mixail Bulqakov “Ağ qvardiya” romanında kirayə yaşadığı evi dəqiqliklə təsvir etmişdi. Amma evin sahiblərinin bir detala görə yazıçıdan zəhləsi getmişdi. Belə ki, Bulqakovun sayəsində adamlar öz evlərinə əməlli-başlı ziyan vurmuşdular. Məsələ burasındadır ki, Bulqakov yaşadığı evi həmin romanda təsvir edərək orada xəzinə gizlədildiyini yazmışdı. Bunu oxuyan ev sahibləri xəzinə tapmaq ümidi ilə bütün divarları yarıb axtarmış və təbii ki, heç nə tapa bilməmişdilər.

Volandın tarixçəsi

Bulqakovun Voland obrazı Hötenin Mefistofelindən qaynaqlanır. “Faust” poemasında bu ad cəmi bir dəfə çəkilir - Mefistofel qara qüvvələrdən çəkilib yol verməsini xahiş edərkən deyir: “Dvoryan Voland gəlir!” Qədim alman ədəbiyyatında şeytanın bir adı da Faland idi. Bu ad “Ustad və Marqarita”da da verilib. Qulluqçu cadugərin adını yada sala bilməyəndə deyir: “...bəlkə Falanddır?”

İlk əlyazmada Voland obrazı “naməlum adam” kimi geniş təsvir olunurdu (15 vərəqdən ibarət idi). Hazırda bu təsvir hissələri tamamilə çıxarılıb. Bundan başqa ilkin redaktədə Volandın adı Astarot (Qərb demonologiyasına görə, cəhənnəmin ən nüfuzlu iblislərindən biri) olaraq verilmişdi. Sonralar isə Bulqakov özü bu adı qənaətbəxş bilməyib dəyişmişdi.

Şarikov kim idi?

Bulqakovun “İt ürəyi” povesti əsasən siyasi formada şərh edilir: Şarikov proletariatın alt təbəqəsinin rəmzi idi və özü də gözləmədən çoxsaylı hüquq və azadlıq əldə etmişdi. Amma tez bir zamanda bunları məhv edəcək qədər eqoistliyə tutuldu. Amma bunun başqa izahı da verilirdi: guya bu povest 1920-ci illərin ortalarındakı hakim təbəqəyə qarşı yazılmış satiraydı. Xüsusilə Şarikov-Çuqunkin Stalin kimi qələmə verilir (hər ikisinin ikinci soyadı “dəmir” mənasındadır). Professor Preobrajenski (devirən, dəyişən) isə Lenindir. Onun Şarikovla daim münaqişədə olan assistenti doktor Bormental Trotskidir (inqilabçı, Leninin silahdaşı). Digər köməkçi qız Zina – Zinovyevdir (inqilabçı, sonralar sovet liderlərindən olub).

Begemotun prototipi

Volandın məşhur “köməkçisi”nin real prototipi vardı. Amma reallıqda o, pişik deyil, it idi – Bulqakovun Begemot adlı iti. Deyilənə görə bu it çox ağıllı imiş. Bir dəfə Bulqakov həyat yoldaşı ilə birgə yeni ili qeyd edərkən Begemot saatı bildirən kilsə zənglərindən sonra 12 dəfə hürüb, halbuki bunu ona heç kim öyrətməmişdi.

Şəfiqə Şəfa


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/191454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR