x
Loading...
.

Azərbaycanda bir ailə yox oldu – XIRDALANDAKI HADİSƏDƏN MÜDHİŞ DETAL

Azərbaycanda bir ailə yox oldu – XIRDALANDAKI HADİSƏDƏN MÜDHİŞ DETAL
15:14 15 Mart 2017
303 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Xırdalanda baş verən faciəvi hadisədə həyatını itirən şəxslərdən 3-ü ilə bağlı məqam xüsusilə ilə sarsıdıcıdır.

 

Lent.az-ın məlumatına görə, yatdıqları yerdə dəm qazının qurbanı olan həmin şəxslər Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva və onun qızları, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı və 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır. L.Xanlayevanın da Gəncədə təhsil aldığı deyilir.

 

Bildirilir ki, Turanə Xanlayeva Xırdalanda kollecdə təhsil alırmış. Ana Nübar Musayeva ötən gün böyük qızı Lamiyəni Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra isə Xırdalanda qızının kirayədə yaşadığı evdə gecələmək istəyib və o gecə bir ailənin son gecəsi olub.

 

Əldə etdiyimiz məlumata görə, Xanlayevalar ailəsinin başçısı Vahid Xanlayev də hələ bir neçə il əvvəl dünyasını dəyişib. O da bildirilir ki, ailənin dünyasını dəyişən qızlardan başqa övladı olmayıb. Beləcə, bir ailə bir gecənin içində yox oldu.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR