"SSRİ-ni yenidən qurmaq planımız..." - Lavrov

"SSRİ-ni yenidən qurmaq planımız..." - Lavrov
15:57 15 Mart 2017
164 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiyanın nə SSRİ-ni yenidən qurmaq planları, nə də hər hansı imperiya ambisiyaları var".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
 
Lavrovun qənaətinə görə, Rusiyanın imperiya ambisiyalarının olması və SSRİ-ni yenidən qurmaq planları barədə fikirlər fantastika janrına aiddir və ciddi qəbul edilməməlidir. Onun sözlərinə görə, Rusiya keçmiş sovet respublikalarının müstəqillik seçiminə həmişə hörmətlə yanaşıb: "Biz onlarla əməkdaşlığı müxtəlif formatlarda maraqların qarşılıqlı nəzərə alınması və bərabərlik prinsipləri əsasında qururuq".
 
Lavrov həmçinin bildirib ki, Rusiya postsovet məkanı ölkələrinə, xüsusilə Mərkəzi Asiya dövlətlərinə ciddi yardım göstərir: "On il ərzində Rusiya Mərkəzi Asiya dövlətlərinə 6,7 milyard dollar məbləğində yardım edib. İkitərəfli əsasda təmənnasız maliyyə yardımı 4 milyard dollardan çox olub. Yardımın həcmi BMT xətti ilə - 570 milyon, Dünya Bankı və digər strukturların xətti ilə isə 1,3 milyard dollar, Avrasiya İqtisadi Birliyinin xətti ilə 592,3 milyon dollar təşkil edib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR