Dəm qazı ilə zəhərlənmənin qarşısını necə almaq olar?

Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur. Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi köməklik göstərilmədikdə ölümlə nəticələnə bilər.

Metbuat.az məlumat verir ki, zəhərlənmə zamanı insanda küt başağrısı, baş gicəllənməsi baş verir. Quru öskürək, öyümə, qusma, quru öskürək, təngənəfəslik yaranır. Dəri və selikli qişaların hiperemiyası (qızarması), ürək döyüntüsü, qan təzyiqinin artması halları görünür. Orta ağır dərəcəli zəhərlənmə zamanı yuxuluq, hərəkətin məhdudlaşması, ağır zəhərlənmələr zamanı isə huşun itməsi, qıcolmalar, psixomotor oyanmalar, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində isə ölüm halı baş verir.

Zəhərlənmə zamanı ilk tibbi yardım

Zəhərlənən adama yardım edən insan özünü də qorumalıdır. Pəncərələr açılmalı ya da qırılmalıdır. Zəhərlənmiş insan dərhal açıq havaya çıxarılmalıdır. Təhlükə uzaqlaşdıqdan sonra ağız və burun təmizlənməli, nəfəs alıb vermə durubsa, süni tənəfüssə keçmək lazımdır.

Zəhərlənmənin qarşısını almaq üçün nə etmək lazımdır?

Ev və iş yerlərində qazı ilə istifadə olunan cihazların hər il baxımı aparılmalıdır. Təbii qaz cihazlarının oksigenlə yetərli miqdarda təmin olunduğunu yoxlamaq lazımdır. Soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalıdır. Belə ki, sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR