Zahid Qaralov vəfat edib

12:27 7 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 12:23 ]


Bakı. Könül Kamilqızı – APA. Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, tanınmış ictimai-siyasi xadim Zahid Qaralov vəfat edib. YAP-ın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Z. Qaralov 81 yaşında Almaniyada dünyasını dəyişib. Bir aya yaxındır Almaniyada müalicə olunan Z. Qaralov insultdan vəfat edib.

 

Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid (Dmanisi) rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji elmlər doktoru, professoru, respublikanın əməkdar müəllimi olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru təyin edilib. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir. YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, 1995-2005-ci illərdə Milli Məclisin üzvü olub. Z. Qaralov məşhur "91-lər"dən biri idi.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR