Müəllimlərin hansı qaydada əmək haqqı alacağı AÇIQLANDI

Müəllimlərin hansı qaydada əmək haqqı alacağı AÇIQLANDI
16:57 15 Mart 2017
2235 Ölkə
Ölkə mətbuatı
A- A+

Təmayül siniflərin təşkil olunacağı məktəblərdə müəllimlərin hansı qaydada əmək haqqı alacağı açıqlanıb.

Milli.Az xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə təşkil olunacaq təmayül siniflərdə dərs deyəcək müəllimlərin əmək haqqı "Dövlət  ümumi təhsil müəssisələrində  bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və aylıq vəzifə maaşının sxemi"nə uyğun olaraq ödəniləcək.

Tam orta təhsil səviyyəsində təhsilin təmayül üzrə təşkil  olunduğu pilot məktəblərdə, tədris planında olan fənlərdə  saatların sayı təmayül seçimi üzrə tədris planına uyğun ödəniləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR