"Bank of America"dan MANAT PROQNOZU

"Bank of America"dan MANAT PROQNOZU
17:12 15 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Azərbaycan manatı möhkəmlənmək üçün böyük potensiala malikdir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Bank of America" korporasiyasının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovskinin bankın müştəriləri üçün yazdığı qeyddə bildirilir.

Bankir qeyd edir ki, Azərbaycan hökuməti tərəfindən fiskal və pul-kredit siyasətindən aparılan korreksiya "müəyyən formada uğurlu olub".
 
V.Osakovskinin sözlərinə görə, bank sektorundakı problemlər idarəolunan səviyyədədir.
 
"Sərt pul-kredit siyasətinə baxmayaraq, manat möhkəmlənmək üçün böyük potensiala malikdir", - deyə bankir qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/526488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR