® 4G Mi-Fi və 3G USB modem kampaniyası başlandı

® 4G Mi-Fi və 3G USB modem kampaniyası başlandı
17:14 15 Mart 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

 

Azercell-dən 4G Mi-Fi və 3G USB modemləri ilə Sərfəli İnternet HƏR YERDƏ

15 Mart 2017-ci il tarixindən etibarən Azercell Telekom MMC öz abunəçiləri üçün yeni 4G MiFi və 3G USB Modem kampaniyasına başlayır. Kampaniya çərçivəsində abunəçilər 4G MiFi və 3G USB Modem cihazlarını nağd və ya sərfəli kredit şərtləri ilə əldə edə bilərlər. Bundan əlavə, kampaniya müddətində abunəçilər sərfəli internet paketlərindən də yararlana biləcəklər. Belə ki, abunəçilərə ilk ay bonus İnternet paketi hədiyyə edilir.

4G MiFi cihazını 60 AZN məbləğində ilkin ödəniş edib 10 ay ərzində LİMİTSİZ=30AZN paketi ilə, yaxud birdəfəlik 120 AZN ödəniş etməklə əldə etmək mümkündür. Kampaniyaya qoşulduqda abunəçiyə ilk ay LİMİTSİZ internet paketi HƏDİYYƏ olaraq təqdim olunur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir. Bundan əlavə, MiFi eyni zamanda 10 cihazın İnternetə qoşulmasına imkan verir.

3G USB modemlərini isə ilkin ödəniş 20 AZN və 10 aylıq 10GB=10AZN internet paketi ilə və ya birdəfəlik 35 AZN-lik ödənişlə əldə etmək mümkündür. Kampaniya çərçivəsində modemlə yanaşı abunəçiyə pulsuz nömrə və ilk ay 10 GB internet HƏDİYYƏ təqdim olunur. 3G USB modem 21.6 Mb/s-ə qədər internet sürətini təmin edir.

Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri və ya Diler Ofislərinə yaxınlaşıb mövcud  təkliflərdən birini seçə bilərlər. 4G MiFi cihazlarını yalnız Bakı ərazisində yerləşən satış məntəqələrində əldə etmək mümkündür.

Kampaniya haqqında ətraflı məlumat almaq və təfərrüatları dəqiqləşdirmək üçün www.azercell.com saytına müraciət edə bilərsiniz.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR