x
Loading...
.

Evlilik verilişində azərbaycanlı iştirakçılar arasında DAVA - VİDEO

Evlilik verilişində azərbaycanlı iştirakçılar arasında DAVA - VİDEO
17:42 15 Mart 2017
200 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivac verilişində yer alan azərbaycanlı gəlin namizəd Naz Mila ilə Əli arasında qalmaqal bitmək bilmir. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Əlinin ona namizəd olan xanımla görüşmək istəməsi Nazı özündən çıxarıb. 

N.Mila studiyaya gələrək dava etməyə başlayıb. Naz Əlinin ona hörmətsizlik etdiyini deyib:

"Hörmət edib neçə həftədir burada heç bir namizədimi qəbul etmirəm. İkinci şans istədim, amma bəsdir. Sənin bütün hisslərin yalandır".

Əli Nazdan ayrılmasına sevindiyini söyləyib:

"Pisəm deyib, rəqs edir, özünü göstərir. Səndən məni gözləməyini istəmirəm. Hamı sənin necə bir insan olduğunu görür. Sənin edəcəyin hər şeyi əvvəlcədən bilirəm. Hər dəfə hərəkətlərini görəndə, özümə deyirəm ki, halal olsun sənə Əli, yaxşı ki, ayrıldın. Sənin üçün nələr etdim, heç birinə layiq deyilsən".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR