Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
19:47 15 Mart 2017
208 Ölkə
Ölkə mətbuatı
A- A+

Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təbrik edib.

Həmçinin xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edənlər arasında Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə də var.

Azərbaycanın Xalq Artisti Amaliya Pənahova da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib.

Xanım Mehriban Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə "ARB Media Qrup"un İdarə Heyətinin sədri İsmət Səttarov da təbrik məktubu ünvanlayıb.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR